Metroda özünü pis hiss edən 40-45 yaşlı kişi ölüb

Bu gün qatardan düşərək "Koroğlu" stansiyasını tərk edən kişi sərnişin özünü pis etdiyi üçün yuxarı vestibüldə metro əməkdaşına yaxınlaşıb.

Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, metro əməkdaşları tərəfindən dərhal təcili tibbi yardım xidməti çağırılıb. Zahiri görkəminə görə, 45-50 yaş aralığında olan sərnişin, təəssüf ki, az sonra dünyasını dəyişib.

Stansiyaya gəlmiş tibbi yardım personalı ölüm faktını təsdiqləyib.