Metadonla əvəzedici terapiya proqramı üzrə xəstələr dövlət hesabına müalicə alacaqlar

Narkotiklərdən müalicə çərçivəsində əvəzedici terapiya proqramı avqustun 15-dən qüvvəyə minəcək və tamamilə dövlət nəzarətinə keçəcək.

Stopnarkotik.az xəbər verir ki, bunu Gürcüstan Səhiyyə Nazirliyinin rəhbəri açıqlayıb.

"Özəl əvəzedici terapiya provayderlərindən xidmət alanların kifayət qədər böyük hissəsi dövlət xidmətlərinə müraciət edib və onların demək olar ki, hamısı sabahdan seçdikləri dövlət mərkəzlərində pulsuz xidmətlər ala biləcəklər. Belə şəxslərin sayı 1512 nəfərdir", deyə Mixeil Sarjveladze brifinqdə deyib.

İyun ayında Gürcüstan hökuməti özəl qurumlar tərəfindən əvəzedici terapiya proqramlarının həyata keçirilməsini tamamilə qadağan etmək, həmçinin reseptlərin verilməsinə ciddi nəzarətin tətbiqi barədə qərar qəbul edib.

Stopnarkotik.az