Marneuli meri Amiran Georqadze sentyabrın 19-da baş vermiş azərbaycanlı yeniyetməyə hücum insidentini belə şərh edib: Şəhər Şurasının sədr müavini Mamuka Qiqaninin oğlu Azərbaycan əsilli yeniyetməyə hücum edib.
Stopnarkotik.az xəbər verir ki, mer Georqadze hadisəni “arzuolunmaz və xoşagəlməz hadisə” adlandıraraq, hücumun qəsdən törədilmədiyini vurğulayıb.
“Şəxs sərxoş olub və buna görə də səhvə yol verib. O, ayıldıqdan sonra vəziyyəti anlayıb edib və könüllü olaraq polisə təslim olub. Hazırda araşdırma aparılır. Cinayət faktı təsdiqini taparsa, hüquq-mühafizə orqanları tərəfindən lazımi tədbirlər görüləcək".
Mer baş verənləri siyasiləşdirməməyə, əsassız şərhlərdən çəkinməyə çağırıb və qeyd edib ki, ittihamlar təsdiqini taparsa, işdən çıxarılma da daxil olmaqla, tədbir görüləcək.
Stopnarkotik.az