Meksika KİV-ləri bu gün ölkədə meydan sulayan ən nüfuzlu və amansız narkobaronların siyahısını açıqlayıb.
Mayito Flako kimi tanınan Ismael Zambada Sicairos əfsanəvi narkobaron El Mayonun oğlu və onun imperiyasının varisidir.
El Menço kimi tanınan Nemesio Osequera Servantes “CJNG” narkokartelinin qurucusu, lideridir və təqdimata ehtiyac yoxdur.
El 03 kimi tanınan Xuan Karlos Qonzales Valensiya El Mençonun ögey oğlu və ən varlı Valensiya narkoticarət ailəsinin üzvüdür.
El 02 kimi tanınan Alexandro Kabrera Sarabia, Mayito Flakonun ən yaxın adamlarından biridir və karteldə son dərəcə nüfuzlu fiqurdur.
El Çapo İsidro kimi tanınan Fausto İsidro Meza Flores “Quasave” Kartelinin lideri və Sinaloanın yeni “boss”larından biridir.
El Musico kimi tanınan Oscar Gastelum Uribe, “Quasave” kartelinin liderlərindən biri, əfsanəvi Arturo Beltran Leyvanın keçmiş sağ əli və ölkənin ən varlı narkotacirlərindən biridir.
El Pescado kimi tanınan - Conni Urtado Olaskoaqa ölkənin üçüncü ən böyük karteli olan qəddar “La Familia Miçoakan” kartelinin lideri.
El Xardinero kimi tanınan Audias Flores Silva – CJNG kartelində bir neçə ştata nəzarət edən nüfuzlu fiqur. El Mençonun yaxın silagdaşı.
El Çapito kimi tanınan İvan Arxivaldo Quzman Salazar - El Çaponun məşhur oğlu və bir vaxtlar Sinaloadakı müharibə zamanı təsirini nəzərəçarpacaq dərəcədə itirmiş ən nüfuzlu simalardan biri.
Stopnarkotik.az