«Sinaloa Karteli», «Golfo Karteli», «Tampliyerlər Karteli»nin müttəfiq olduğu “Birləşmiş kartel” dağıldı.
Stopnarkotik.az bilirir ki, “Birləşmiş kartel” 2018-ci ildə yaradılıb və qrup Miçoakandakı “Xalisco Yeni Nəsil Karteli”nin (CJNG) hücumlarının qarşısında durmaq üçün yerli kartellərin ittifaqı idi.
Quruluşun ən əvvəlində bu birliyə “Los Viagras”, “Los Tepeques” və “Templars” kimi qruplar daxil idi. Birliyin liderləri isə Sierra Santana qardaşları, Abuelo Farias və El Qallito idi. Bu şəxslər həmçinin “Sinaloa” kartelindən silah şəklində aktiv şəkildə maliyyə vəsaiti alırdılar.
Mövcud olduğu 4 il ərzində “Birləşmiş kartel” (hökumətin köməyi ilə) Miçoakanın yarıdan çoxunu nəzarətdə saxlaya bildi. Görünür heç nə əbədi deyil, xüsusən də kartellər dünyasında.
İndi “Los Viaqras” və “Tampliyerlər” arasında münaqişə baş verdi və nəticədə bu, ötən gün qrupların "rəsmi olaraq" bir-birinə müharibə elan etməsinə səbəb oldu. Bildirilir ki, son 2 gün ərzində onlar arasında atışma nəticəsində 15-ə yaxın adam həlak olub.
Stopnarkotik.az