Meksikada daha bir mer güllələnərək öldürüldü

Meksikanın Miçoakan ştatında Kotija şəhərinin meri Yolanda Sançes Fiqeroa güllələnib. 

Stopnarkotik.az xarici KİV-ə istinadən xəbər verir ki, həmin ştatda yerli seçkilərdə səsvermənin başlamasına bir neçə saat qalmış daha bir namizəd Quietseo İsrael Delqado da öldürülüb.

"Miçoakan ştatının hökuməti Kotija bələdiyyəsinin başçısı Yolanda Sançes Fiqeronun qətlini pisləyir. Məsul şəxslərin tapılması üçün federal orqanlarla razılaşdırılaraq təhlükəsizlik əməliyyatına başlanılıb”, - KİV-lərdən biri yazıb.