Meksika narkokartelləri Amerika sərhədçilərinə hücum etdi

Tramp qeyri-qanuni mühacirlərlə mübarizə apararkən Meksika kartelləri partlayıcı maddələr və kamikadze PUA-larla ABŞ sərhəd xidmətinin əməkdaşlarına hücum edib.

Stopnarkotik.az xəbər verir ki, hücumlar prezident Trampın cənub sərhədini keçən qeyri-qanuni miqrantlara qarşı sərt tədbirlər elan etməsindən və Meksikanın sərhədin digər tərəfinə 10 min əsgər göndərəcəyini vəd etməsindən sonra baş verib. Sərhəd xidmətinin zabitlərinə yeni təhdidlərə qarşı "həmişə sayıq qalmaq" barədə xəbərdarlıq edilib və bu məqsədlə xidməti vərəqədə “Zabitlər üçün xəbərdarlıq” alıblar, çünki kartellər hakimiyyət orqanlarına mane olmağa çalışırlar.

Xəbərdalıqda deyilir ki, “2025-ci il fevralın 1-də El Paso Sektoru Kəşfiyyat və Əməliyyat Mərkəzi (EPT-IOC) Meksikalı kartel başçılarının partlayıcı yüklü dronları ABŞ Sərhəd Xidməti əməkdaşları və ABŞ hərbi qulluqçularına qarşı işə salmaq göstərişi barədə məlumat alıb. Bu dronlar hazırda Meksika ilə sərhəddə fəaliyyət göstərir. Sərhəddə işləyən bütün ABŞ Sərhəd Xidməti və Müdafiə Departamentinin əməkdaşları hər hansı uçan aparatların müşahidələri barədə rəhbərlərinə və EPT-IOC-a məlumat verməyə təşviq edilir".

Sərhəd rəsmilərinə də insidentə cavab vermək üçün “müvafiq avadanlıqlara” malik olmaları tapşırılıb. Buraya ilk tibbi yardım dəsti, jqut və zirehli jiletlər daxildir.

“News Nation”isə xəbər verir ki, kartellər həmçinin qeyri-qanuni immiqrantlara Sərhəd Xidməti əməkdaşlarının yeməklərinə tüpürməyi və sidiyə getməyi, həm də onların nəqliyyat vasitələrini sidiklə mundarlamağı əmr etmək üçün sosial media proqramlarından istifadə edirlər. 

Stopnarkotik.az