ABŞ Narkotiklərlə Mübarizə İdarəsi aşkarlayıb ki, “Xalisko Yeni Nəsil Karteli” Nemesio Osequera Servantesin (El Mençonun) oğlu Rubén Oseguera Gonzalesin məhkəməsi zamanı qurumun agentlərini izləyib.
Üstəlik, kartelin casusları düz Vaşinqtonda yerləşiblərmiş. Bu, hələ 2024-cü ilin sentyabrında baş veribmiş. El Mençito narkotik alveri və silahların qanunsuz istifadəsinə görə ömürlük həbs cəzasına və üstəlik 30 il həbs cəzasına məhkum edilmişdi.
DEA həmçinin açıq şəkildə bildirib ki, onlar qlobal əhatəsi olan, ailələri öldürməyə və Meksikanın özündə Amerika personalına casusluq etməyə qadir silahlı qrupla qarşılaşacaqlarını gözləmirdilər.
Məlum olub ki, bu ilin aprelində Xaliskolular El Mençitonun qisasını həm informatorun arvadını güllələməklə və qızını öldürməklə, həm də El Menço və El Mençito işində əsas şahid olan Meksika ordusunun əsgərini öldürməklə alıblar.
Stopnarkotik.az