Ramiz Mehdiyev vəkildən imtina edib. Etnik kimliyi şübhəli olan prezident administrasiyasının keçmiş rəhbəri müdafiəsinin dövlət tərəfindən təyin olunmuş vəkillər tərəfindən deyil, müqavilə əsasında aparılmasını istəyir.
Açıqlanmış məlumata görə, o, təyin olunmuş vəkili Zaur Abiyevin xidmətlərindən imtina edib.
Abıyev bildirib ki, artıq Ramiz Mehdiyevin hüquqlarını müdafiə etmir və əlavə suallara cavab vermək istəmir.
Belə anlaşılır ki, sabiq “boz kardinal” hələ Rusiyanın “xilas kəməndi”nə ümid bəsləyir. Mehdiyevin müdafiəsi üçün özünü etibar edib müqavilə bağlayacağı vəkilin kimliyi araşdırılmalıdır. Ola bilsin ki, Mehdiyevin seçimi yaxud öz sözü ilə "müqavilə əsasında işini aparmasını istədiyi" vəkil Rusiyaya bağlı 5-ci kolonun təsirində olan yaxud 5-ci kolon tərəfindən məsləhət görülən vəkil ola bilər.
Stopnarkotik.az