Rusiya Federasiyasının keçmiş prezidenti, Təhlükəsizlik Şurası katibinin müavini Dmitri Medvedyev dünyanın dərin uçuruma yuvarlanmaqda davam etdiyi barədə açıqlama verib. Medvedyev “Telegram” kanalında yazıb ki, bunun günahkarı ABŞ-dır.
Eks-prezidentin açıqlamasından məlum olub ki, onun isterikasına üç xəbər səbəb olub. Medvedyevi qeyzləndirən birinci xəbər bu olub ki, Bayden ABŞ-dan uzaqda olan insanların ölümünə sərf olunan pulu “ağıllı sərmayə” adlandırıb. Söhbət Ukrayna və İsrail üçün on milyardlarla dollar dəyərində silahların alınmasından gedir. İkinci hiddətli xəbər bu olub ki, Kiyev rejimi Ukrayna Pravoslav Kilsəsini qadağan etmək qərarı verib və bu pravoslavları ana kilsənin beşiyindən qoparır. Üçüncü xəbər budur ki, Fransa DİN Fələstinə dəstək yazılarına görə məşhur futbolçunu qınayır. “Xəbərlər fərqlidir, lakin onlar Qərb cəmiyyətinin çox sürətlə çürüməsinə dəlalət edir”, deyə Medvedyev bildirib.
Medvedevin sözlərinə görə, Baydenin bəyanatı “xeyir və şər” həddini aşır. O bildirib ki, bu xəbər guya ABŞ hökumətinin əsrlər boyu təlqin etdiyi fəlsəfəni nümayiş etdirir.
Ukrayna Pravoslav kilsəsinin qadağan edilməsimə gəlincə, Medvedyevin fikrincə, bu qərar “kokain və satanizmlə çox qarışmış çirkin siyasətdir” və hər şeydə prezident Vladimir Zelenski günahkardır.
"Axı Zelenski sadəcə əsli-nəsli naməlum olan soysuz deyil. O, hakimiyyət arzusundan əsir, Frankenşteyn kimi sifarişlə yaradılıb, öz mütərilərini razı salmağa hazırdır, onlara nəinki öz bədənini həzz üçün vermək, həm də doğma vətənimizdə xristianlığı məhv etməyə razıdır”, deyə Medvedyev bildirib.
Fələstinə dəstək verən futbolçuya gəlincə, Medvedyev onun “ideoloji çərçivədən kənara çıxdığına” görə cəzalandırıldığını bildirib. Əslində, Medvedyevin fikrində hardasa həqiqət var, amma Rusiya özü də onun sadaladıqlarından xalidirmi? Fikrimizcə xeyr. Rusiya hökuməti silah satmayıbmı yaxud satmırmı? Satır. Yaxud Rusiya hansısa dövlət mənafeyi naminə “ağı qara” göstərməyibmi yaxud göstərmirmi? Göstərib və buna da davam edir. Yaxud Rusiya hakimiyyəti Ukrayna ilə müharibəni “xüsusi hərbi əməliyyat” adlandırmadımı və ona qarşı çıxanları məhz dövlətin ideoloji mövqeyi çərçivəsindən kənara çıxdığı üçün gözümçıxdıya salmadımı? Saldı. Əks fikir bildirənlərin səsini kəsib, ağzını yummadımı?
Odur ki, cənab Medvedyevi qeyzləndirən xüsus hegemonluq şakərinə yoluxmuş hər kəsdə var.
Stopnarkotik.az