Ukraynadakı müharibədə azərbacanəsilli polis mayoru həlak olub.
UNN agentliyi xəbər verir ki, 42 yaşlı Çingiz Qurbanov xidmət göstərdiyi Donetsk vilayətinin Kramatorsk rayonunda həlak olub.
Bildirilir ki, Rusiya ordusunun FPV-dronu onun olduğu avtomobilə zərbə endirib.
Qeyd edilir ki, o, Donetsk vilayətində mülki şəxslərə kömək edirdi.
