Maşınını satmağa aparan baba nəvəsi ilə birlikdə yol qəzasında öldü - TƏFƏRRÜAT

Biləsuvarda baş verən dəhşətli yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.

Stopnarkotik.az oxu.az-a istinadən xəbər verir ki, hadisə bu gün saat 12 radələrində rayonun Ağalıkənd kəndinin ərazisində qeydə alınıb.

Belə ki, həmin kənd sakini M.Ağayevin idarə etdiyi "Hyundai" markalı avtomobillə Ovçubərə kənd sakini, P.İsmayılovun idarə etdiyi "VAZ-2107" markalı avtomobil toqquşub.

Nəticədə "VAZ-2107" markalı avtomobildə olan 2 sərnişin - Ovçubərə kənd sakinləri Elxan Feyziyev və Qalib İsmayılov hadisə yerində ölüb, sürücü və digər sərnişin, Hüseyn Feyziyev xəsarət alıblar.

Məlumata görə, Elxan Feyziyev özünə məxsus olan maşını Cəlilabad maşın bazarına satmağa aparıb. O özü ilə oğlunu, yeznəsini və nəvəsini də götürüb. Hadisə də məhz onlar maşın bazarından qayıdan zaman baş verib. Qəza zamanı baba E.Feyziyev və nəvə Q.İsmayılov hadisə yerində ölüb, ölən şəxsin oğlu H.Feyziyev və yeznəsi P.İsmayılov xəstəxanaya çatdırılıblar. Dünyasını dəyişən Qalib İsmayılov 10-cu sinif şagirdi olub.

Qəza ilə bağlı cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

*** 14:30

Biləsuvar rayonunda ağır yol-nəqliyyat hadisəsində iki nəfər ölüb.

Stopnarkotik.az xəbər verir ki, hadisə rayonun Ağalıkənd kəndi ərazisində qeydə alınıb.

Qəza nəticəsində iki nəfər Elxan Feyziyev və Qalib İsmayılov həlak olub, xəsarət alan şəxslər xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, ölənlər baba və nəvəsidir.