Yevlaxda minik maşınında baş verən partlayış zamanı 2 nəfər xəsarət alıb.
Hadisə zamanı "Mitsubişi" markalı avtomobilin sürücüsü Raquf Əvəz oğlu Əliyev və avtomobildə olan Akif Şiraslan oğlu Əsədov yanıq xəsarətləri alıblar.
Avtomobilə ciddi ziyan dəyib. Yaralılar xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.