Bir neçə gün öncə Moskvada avtomobil vuran və komaya düşən şair Lev Rubinşteyn xəstəxanada dünyasını dəyişib.
Bu barədə jurnalist Viktoriya İvleva məlumat yayıb.
Qeyd edək ki, yanvarın 8-də Moskvada piyada keçidində avtomobil tərəfindən vurulan şairin vəziyyəti həkimlər tərəfindən çox ağır kimi qiymətləndirilib: o, çoxsaylı sınıqlar və əzilmiş xəsarətlər, həmçinin kəllə-beyin travması alıb, komada olub.
Lev Rubinşteyn ən məşhur müasir rus şairlərindən biri idi.