Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Masazır qəsəbəsində mağazaların birində satıcıya 100 manatlıq saxta əsginas verməkdə şübhəli bilinən Samir Nəsirov saxlanılıb.
Stopnarkotik.az xəbər verir ki, onun qəsəbə sakini olan digər bir nəfərin 190 manatını dələduzluq yolu ilə alması da müəyyən olunub.
Faktla bağlı araşdırma aparılır.