Masazırda qətl törədən Pakistan vətəndaşının məhkəməsi başlayır

Abşeron rayonu Masazır qəsəbəsində bir həmvətənini öldürməkdə, birini isə yaralamaqda şübhəli bilinən Pakistan vətəndaşı Asad Shabbir Ahmadin məhkəməsi başlayır.

Cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən məhkəmə iclasında baxılacaq.

Qeyd edək ki, hadisə ötən ilin oktyabr ayında baş verib.

Baş Prokurorluğun məlumatına görə, Pakistan vətəndaşı Asad Shabbir Ahmad Masazırda yerləşən mənzillərdən birində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla bir nəfər həmvətəninə müxtəlif xəsarətlər yetirməsinə, digərini isə öldürməkdə şübhəli bilinib.

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki şəxsi qəsdən öldürməyə cəhd) maddələrilə cinayət işi başlanıb.