Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Masallı rayonu, Yeyənkənd kəndi ərazisində meşə massivində yanğın baş verməsi barədə məlumat daxil olub.
Stopnarkotik.az xəbər verir ki, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri çağırış üzrə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən meşə ərazisində kol-kos və xəzəlin yandığı və alovun meşədəki çoxillik ağaclara keçmə riskinin yüksək olduğu müəyyən edilib.
Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın genişlənməsinə, o cümlədən ağaclara keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində təxminən 500m² sahədə kol-kos və xəzəl yanıb, meşə massivi yanğından mühafizə olunub.