Dekabrın 21-də gecə saat 4 radələrində Sulutəpə qəsəbəsi ərazisində yerləşən marketlərin birindən Binəqədi Rayon Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olub.
Stopnarkotik.az xəbər verir ki, dərhal polis əməkdaşları həmin ünvana gəlib və satıcıya 1 ədəd 100 manatlıq saxta əsginas verilməsi məlum olub.
Əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Baxşı Quliyev saxlanılaraq 40-cı Polis Bölməsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Stopnarkotik.az