Bakıda qadın marketdə dava salıb. Buna səbəb nisyə siqaret ala bilməməsi olub.
Stopnarkotik.az qaynarinfo-ya istinadən xəbər verir ki, Zamirə Cavadova (ad-soyad şərti) adlı qadın Bakıda market sahibinin şikayəti əsasında Nərimanov rayon 16-cı Polis Şöbəsinin əməkdaşalrı tərəfindən saxlanılıb.
Məlum olub ki, müştəri qismində mağazaya daxil olmuş qadın əvvəlcə 1 qutu siqaret alıb, lakin pulu olmadığı üçün sonra verəcəyini deyib. Lakn satıcı bununla razılaşmayıb.
Bundan sonra Zamirə spirtli içki rəflərinə doğru gedərək, "Jager Master” markalı viskini götürüb və pulunu vermədən mağazanı tərk etmək istəyərkən onu saxlayıblar. Bu zaman o, əlindəki içkini yerə vuraraq sındırıb. Bu səbəbdən barəsində polisə şikayət edilib.
Qadın saxlanıldıqdan sonra narko testən keçirilib. Test nəticəsində bədənində kannabinoidlərdən istifadə halları aşkar olunub. Dərhal ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülüb.
Məhkəmənin qərarı ilə Zamirə İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinub və inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli miqdarında, yəni 40 manat məbləğində cərimə edilib.