Missisipi Natural Məhsulların Tədqiqat Universiteti ABŞ-da qeyri-qanuni bazarlarda yayılan kannabisi təhlil edib. Nümunələri isə çətənə, həşiş və həşiş yağı qismində Narkotiklərlə Mübarizə İdarəsi (DEA) və müxtəlif səviyyəli polis idarələrindəki rəsmilər təmin edib.
Stopnarkotik.az-ın verdiyi xəbərə görə, məlum olub ki, THC (tetrahidrokannabinol) – istifadə edilərkən "həzz" verən psixoaktiv maddə indiki məhsullarda 1995-ci ildən bəri əhəmiyyətli dərəcədə artıb: 3,96% - 16,14% (2022-ci ildə). Eyni zamanda, çətənənin psixoaktiv olmayan, lakin orqanizm funksiyalarını yaxşılaşdıran ikinci əsas tərkib hissəsi olan kannabidiolun miqdarı azalıb və 0,28%-dən 0,12%-ə qədər düşüb.
Stopnarkotik.az