Marixuananın bükülməsi üçün kağız hazırlayan ABŞ şirkəti araşdırmada iştirak etmək üçün 200 könüllü axtarır. Onlar bu kağızın zərərsiz olduğunu sübut etmək üçün iki rulon havayı kağızı siqaret kimi çəkməlidirlər və kazğızın effekti haqda rəy bildirmələri üçün 4,20 dollar ödəniləcək.
Stopnarkotik.az xəbər verir ki, “DaySavers” bu barədə anons edib. Elanda açıqlanır ki, marixuana becərən və emal edən şirkətlə təcrübələrin istifadəçilərin siqaret çəkmə təcrübəsinə necə təsir etdiyini araşdıracaq.
Təcrübədə iştirak etmək üçün 21 və daha yuxarı yaşlılar dəvət olunur. “DaySavers” 200 könüllü seçəcəyini və onlara göndəriləcək iki çətənə dəstəsini sınaqdan keçirmək üçün simvolik $ 4.20 dollar verəcəyini söyləyib.
İki il ərzində tədqiqatçılar nəzarət edilən laboratoriya testləri keçirəcək və ən yaxşı təcrübələri aşkarlamaq üçün istehlakçı məlumatlarına baxacaqlar. Tədqiqat əlavə olaraq mineral, qida və rütubətin kül rənginə, tüstü tərkibinə və tüstü keyfiyyətinə necə təsir etdiyini araşdıracaq. “DaySavers” və onun ana şirkəti “Custom Cones USA”nın baş direktoru Harrison Bard deyib ki, "Bu araşdırma vasitəsilə biz çətənə sənayesində bilinməyən məsələlər işıq salacağıq".
Stopnarkotik.az