Marixuana beyni yaşlandırır – psixiatrlar bu qənaətə gəlib. Yeniyetmələr xüsusilə həssasdırlar və uzun müddətli istifadə psixoza, depressiyaya, konsentrasiyanın itirilməsinə və yaddaşın pozulmasına səbəb olur.
Son illərdə marixuananın əyləncə məqsədi ilə istifadəsi daha çox yayılmışdır. Ancaq bəzi araşdırmalar marixuana istifadəsinin bədənə, xüsusən də beyinə mənfi təsir göstərə biləcəyini aşkarladı.
Bu yaxınlarda fransız araşdırması irəli sürdü ki, marixuana istifadəsi kokaindən daha çox infarkt və insult riskini artırır. Kanada araşdırması isə aşkarladı ki, xəstəxanaya demensiya şikayətilə müraciət edən yaşlı insanların xəstəlik səbəbi marixuana istifadəsi ilə bağlıdır. “Fox News Digital”a verdiyi müsahibədə psixiatr, beyin təsviri üzrə mütəxəssis və Kaliforniyadakı “Amen Klinikaları”nın təsisçisi Dr. Daniel Amen təsdiləyir ki, onun klinikalarında aparılan onilliklər ərzində aparılan beyin görüntüləmələrinə əsasən, marixuana istifadə edən insanların beyinlərində qan axını daha az olur. Marixuana və ürək xəstəlikləri arasındakı əlaqəni ortaya çıxaran bu kəşf digər tədqiqatlar tərəfindən də dəstəkləndi.
"Bizi illərlə aldatdılar ki, marixuana zərərsizdir, yaxşı dərmandır. Məncə, bəzi insanlar üçün bu faydalı ola bilər. Amma marixuana istifadə edən yeniyetmələr və ya 20 yaşlarında olan insanlarda narahatlıq, depressiya, intihar və psixoz halları daha yüksək olur", deyə Amen deyir.
Siqaret çəkənləri marixuana çəkənlərlə müqayisə edən yeni araşdırmada isə qeyd edilir ki, marixuana istifadəçilərinin ağciyərləri siqaret çəkənlərlə müqayisədə daha çox zədələnir.
"Bu bizim üçün pisdir" Amen deyir. Amen qeyd edir ki, gördüyü "dəhşətli tendensiyalar"dan biri, yeniyetmələri və gəncləri ilə birlikdə marixuana çəkən valideynlərdir.
“Bu, məni yanlış yolla getdiyimizi düşünməyə vadar edir. Bəzi insanlar spirtin bədən üçün marixuanadan daha pis olduğunu iddia etsələr də, onların heç biri sizin üçün yaxşı deyil. Niyə beyninizi qocaldan bir şeyi istifadə edəsiniz?", deyən Amen qeyd edir ki, valideynlərin yeniyetmələr və ya gənc övldları ilə siqaret çəkməsi "dəhşətli tendensiya"dır.
“Bir gəncin beyni tam inkişaf etmədiyi üçün marixuana istifadəsi gəncləri əqli cəhətdən ləngidə bilər, narahatlıq və depressiya kimi problemlərə səbəb ola bilər”, Amen xəbərdarlıq etdi.
"Marixuana, alkoqol və ya digər narkotik maddələrdən istifadə etməyə başlayanda inkişafdan qalırsınız. Bir çox insanlar dərk etmirlər ki, 17, 18, 21 və ya 23 yaşlarında olanda onların beyni nə qədər vacibdir, çünki beyin həqiqətən də 25 - 26 yaşına qədər inkişaf edir. Və onu gənc yaşda zədələsən, heç vaxt bərpa olunmaya bilər", psixiatr Amen bildirir.
Stopnarkotik.az