Malta marixuana istifadəsinə qadağalar qoydu

Maltada çətənə istifadəsinə yeni cərimələr tətbiq olunub. Belə ki, Malta hökuməti 2021-ci ildə qismən leqallaşmış marixuana qanunlarına onun istifadəsinin tənzimlənməsini sərtləşdirmək üçün düzəlişlər edib.

Stopnarkotik.az xəbər verir ki, yeni qaydalara əsasən, qonşular şəxsi evlərində çətənədən istifadə edənlərdən qoxuya görə şikayət edərlərsə, istifadəçi 235 avro cərimə oluna bilər.
Bundan əlavə, evdə çətənə yetişdirən şəxslər üçün tələblər sərtləşdirilib. Yetkinlik yaşına çatmayanlarla birlikdə yaşadıqda, becərmə elə yerdə aparıla bilər ki, yetkinlik yaşına çatmayanlar üçün əlçatmaz olsun. Evlərində çətənə yetirşdirənlərin hamsından marixuana iyini zərərsizləşdirmək üçün karbon filtrlərindən istifadə etmək tələb olunur. Bu tələblərə əməl edilməməsi 300 avrodan 500 avroya qədər cərimə ilə nəticələnəcək.
Aidiyyatı idarə rəisi qeyd edib ki, əvvəllər şifahi xəbərdarlıqlara məhəl qoymayan şəxslərə fərdi yaşayış evlərində marixuanadan istifadəyə görə cərimələr tətbiq olunacaq. Maraqlıdır ki, qismən leqallaşdırılmasına baxmayaraq, Malta əhalisi arasında çətənə istifadəsinin yayılması 7% təşkil edir. 

Stopnarkotik.az