Makron Fransanın narkotik daşınan liman şəhəri Marselə səfər etməklə nəyə eyham vurdu?

Makron martın 19-da “Place nette XXL” əməliyyatının gedişatı zamanı Marselə simvolik səfər təşkil etməklə qlobal narkotik siyasətindəki yerini elan etmək qərarına gəlib. Həmin gün, Fransa Daxili İşlər Nazirliyi 4000 nəfər polis və jandarmın iştirak etdiyi üç həftəlik təmizləmə əməliyyatının miqyasını açıqladı.

Stopnarkotik.az xəbər verir ki, bu məsələ haqda “Le Monde” da yazıb.

“Le Monde”un yazdığına görə, ictimaiyyət bu xəbərdən o qədər də təsirlənməyib, çünki indiyədək ona yalnız kiçik tutumlu narkotik alverçilərinin həbsi barədə məlumat verilib.

Baxmayaraq ki, bir həftə əvvəl “Yoda” narkotik klanının bşçısı olduğu iddia edilən narkobaron Mərakeşdə həbs edilmişdi və bir neçə gün sonra Marsel kökənli rəqib narkobanda “DZ Mafia”nın bir neçə nəfər üzvü Fransa polisinin əlinə keçdi. Məlumata görə, “Place nette XXL” əməliyyatının ilk günündə “82 həbs əməliyyatında təxminən 60 nəfər həbs edilib”.

Əvvəllər Marsel əslində Hind-Çinindən ABŞ-a opiatların tədarükündə mühüm rol oynayırdı, lakin sonra vəziyyət dəyişdi.

Bu dəfəki həbs əməliyyatları iləsə Makron, daxili işlər naziri Cerald Darmanin və Paris polisinin prefekti Loran Nunes uzun müddət Odessada əlaqələr quran, 2004-cü ildən Havrdan Marselə konteyner qatarlarını işə salan Fransua Ollanda yaxın olan rəqiblərinə mesaj göndərirlər y da “XXL” əməliyyatı sadəcə olaraq ictimaiyyətin diqqətini Paris Olimpiadası ərəfəsində bir çox başqa problemlərdən yayındırır.

Stopnarkotik.az