Bakıda saxta pulla alış-veriş edən şəxs saxlanıldı - ÜZƏRİNDƏN "PATI" ÇIXDI

Binəqədi və Nəsimi rayonları ərazisində yerləşən 2 obyektdə naməlum şəxsin alış-veriş edən zaman kassaya saxta pul əskinasları verməsi barədə polisə məlumat daxil olub.

DİN-dən Stopnarkotik.az-a bildirilib ki, keçirilən tədbirlərlə qeyd edilən əməli törətməkdə şübhəli bilinən, əvvəllər dələduzluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş A.Nuriyev müəyyən olunaraq saxlanılıb.

Ondan psixotrop maddə olan metamfetamin də aşkarlanaraq götürülüb.

Araşdırmalar aparılır.