Fransanın sabiq prezidenti Qəddafidən nə qədər pul alıb? - ARAŞDIRMA APARILIR

Paris məhkəməsi 2007-ci il kampaniyasını qeyri-qanuni maliyyələşdirməkdə ittiham olunan keçmiş Fransa prezidenti Nikola Sarkoziyə qarşı işə baxmağa başlayıb.

Bu barədə Fransa mediası məlumat yayıb.

Qeyd edilib ki, müstəntiqlərin fikrincə, 2005-ci ildə o, Müəmmər Qəddafi ilə sövdələşmə bağlayıb və bunun sayəsində onun qərargahı 50 milyon avro əldə edib.