ABŞ Suriyaya qarşı bəzi maliyyə sanksiyalarını qaldırdı

Birləşmiş Ştatlar Suriyanın dövlət qurumları ilə müəyyən maliyyə əməliyyatlarına müvəqqəti icazə verib.

Bu barədə ABŞ Maliyyə Nazirliyinin baş lisenziyasında deyilir.

Sənəd Suriyanın dövlət qurumları ilə 2024-cü il dekabrın 8-dən sonra başlayan əməliyyatlara icazə verir.