Almaniyada silahlı şəxs banka daxil olaraq, bir qadını girov götürüb.
Bu barədə yerli polis "X"də görüntülər yayıb.
Bildirilir ki, hadisə Hessen federal əyalətində "Volksbank" filialında qeydə alınıb.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədirlər. Kişinin tələbləri hələ məlum deyil.