Fransa həbsxanasında insanları girov götürən şəxs təslim oldu / YENİLƏNİB

Fransanın cənubundakı Arles kommunasının mərkəzi həbsxanasında dörd tibb işçisini və bir gözətçini girov götürmüş məhbusu yaxalayıb.

Bu barədə TF1 telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, o, hüquq-mühafizə orqanlarının əməkdaşlarına təslim olub.

Girovlar həkimlər tərəfindən müayinə olunur, onlardan heç biri xəsarət almayıb.

TF1 dəqiqləşdirir ki, adı açıqlanmayan 37 yaşlı məhbus psixi pozğunluqdan əziyyət çəkir. O, başqa həbsxanaya köçürülməsini tələb edib.

***

Fransanın cənubundakı Arl kommunasının mərkəzi həbsxanasında məhbus bir neçə nəfəri girov götürüb.

Bu barədə “La Provence” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, söhbət üç tibb işçisi və bir həbsxana gözətçisindən gedir.

Bıçaqla silahlanan məhbusla bağlı başqa təfərrüatlar verilmir.

“La Provence” qeyd edir ki, Arl həbsxanası ötən əsrin 90-cı illərində tikilib. O, 159 məhkum üçün nəzərdə tutulub, hazırda orada 137 nəfər cəza çəkir.