Çadın paytaxtı Ncamena şəhərinin mərkəzində prezident sarayına edilən hücumda 18-i terrorçu olmaqla, azı 19 nəfər ölüb.
Bu barədə AFP agentliyi Çad hökumətinin məlumatlarına istinadən məlumat yayıb.
Şəhərin mərkəzinə gedən bütün yollar bağlanıb, tanklar və polislər sarayın mühafizəsini təşkil edir. Şəhər sakinləri də Çadın Prezidenti Mahamat İdriss Debi İtnoya dəstək nümayişi üçün küçələrə çıxıblar.
Qeyd edək ki, “Boko Haram” terror qruplaşmasının üzvləri Çadın paytaxtında prezident sarayına hücum ediblər. Çad ordusu hücumu dəf edib.