Prezident generalla bağlı SƏRƏNCAM İMZALADI

Prezident İlham Əliyev Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırovu təltif edib.

Stopnarkotik.az xəbər verir ki, dövlət başçısının imzaladığı Sərəncama əsasən, Şahin Soltan oğlu Bağırov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

O, Azərbaycanda gömrük işinin inkişaf etdirilməsində xidmətlərinə və gömrük orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə bu ordenə layiq görülüb.

Qeyd edək ki, sabah Şahin Bağırovun 60 illik yubileyidir.