Gəncədə 47 yaşlı kişi bıçaqlanıb.
Hadisə şəhər ərazində qeydə alınıb.
Belə ki 1978-ci il təvəllüdlü A.Bəricaz bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Dərhal əməliyyat edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.