Ağstafada DƏHŞƏT: qadın həmcinsini qətlə yetirdi - TƏFƏRRÜAT / YENİLƏNİB-1

Ağstafa rayonunda baş verən qətlin bəzi təfərrüatları məlum olub.

Stopnarkotik.az apa-ya istinadla xəbər verir ki, hadisənin borc üstündə baş verdiyi bildirilir.

Hadisəni törədən 49 yaşlı Zülfiyyə Musayeva 61 yaşlı Fatimə Musayevadan ötən illin iyul ayında min manat borc pul alıb. Bir neçə gün bundan əvvəl F.Musayeva Z.Musayevadan pulu istəyib. Z. Musayeva borcunu qaytarıb. Dünən isə o, F. Musayevagilə gedib, kəsici ailətlə evdə tək olan qadının boğazına və qoluna xəsarət yetirərək qətlə yetirib.

Onlar həm qohum, həm də qonşu olub.

Ağstafa rayonunun Dağ Kəsəmən kəndində qətl hadisəsinin bəzi təfərrüatı məlum olub.

Stopnarkotik.az teleqraf.com-a istinadən xəbər verir ki, rayonun Dağ Kəsəmən kəndində yaşayan 1964-cü il təvəllüdlü Fatma Musayeva qətlə yetirilib.

Polis hadisəni törətməkdə şübhəli bilinən 49 yaşlı Zülfiyyə Musayevanı saxlayıb. Məlumata görə, qohum olan şəxslər həm də qonşuluqda yaşayıblar.

Hadisə Fatma Musayevanın evində baş verib. Onun boğaz nahiyəsində bir neçə bıçaq zərbəsinin izləri müəyyən edilib.

Qətlə yetirilən və hadisəni törətməkdə təqsirləndirilən xanım ailəlidirlər. Fatma Musayevanın bir qızı, Zülfiyyə Musayevanın isə iki oğlu var.

Qonşuların sözlərinə əsasən, tərəflər arasında daha öncə heç bir problem yaşanmayıb.

Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda cinayət işi açılıb.

*** 

Ötən gecə Ağstafa rayonunda qətl törədilib.

Stopnarkotik.az xəbər verir ki, 61 yaşlı Fatma Musayeva rayonun Dağkəsəmən kəndində yaşadığı evdə kəsici alətlə qətlə yetirilib. 

Polis əməkdaşları qadının cinayəti törətməkdə şübhəli bilinən qohumu 49 yaşlı Zülfiyyə Musayevanı saxlayaraq istintaqa təhvil verib. 

Araşdırma aparılır.