Mağazadan oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanıldı

Nəsimiz rayonu ərazisində iki mağazadan ümumilikdə 2900 manat pul oğurlamaqda şübhəli bilinən Səlim Bədirov saxlanılıb.

Stopnarkotik.az xəbər verir ki, S.Bədirov Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə yaxalanıb.

Faktla bağlı araşdırma aparılır.