Türkiyədə zərgərlik mağazasından 3 kq qızıl oğurlayan şəxs 3 gün tavandakı ventilyasiya şaxtasında gizlənib.
Stopnarkotik.az xəbər verir ki, ilk gün hüquq-mühafizə orqanlarının əməkdaşları bütün binaları yoxlasalar da, nəticəsi olmayıb. Daha sonra ticarət mərkəzinin fəaliyyəti davam edib. Alıcılar həmin günlərdə tavandan bəzi səslər gəldiyini işçilərə deyiblər.
Ertəsi gün gətirilən təlim görmüş itlər də kömək etməyib. Yalnız üçüncü gün ticarət mərkəzi tamamilə bağlananda və tavanın bir hissəsi söküləndə oğrunu tapmaq mümkün olub.
O, tavanın söküntüsü zamanı təhlükə altında olduğunu başa düşüb və oranı tərk edib.