Noyabrın 30-da Lökbatan qəsəbəsi ərazisində yerləşən ticarət mərkəzində bir mağazasından 600 manat dəyərində tütün məmulatı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini A.Rzayev saxlanılıb.
Stopnarkotik.az xəbər verir ki, o, Qaradağ RPİ 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində ələ keçib.
Araşdırmalarla onun daha bir mağazadan 2000 manat dəyərində tütün məmulatı oğurlaması da müəyyən olunub.
Stopnarkotik.az