Maduro Trampa meydan oxudu: Heç bir imperiya Venesuelaya toxunmayacaq

Venesuela prezidenti Nikolas Maduro ABŞ-ın Karib hövzəsində kartellərə qarşı keçirdiyi hərbi əməliyyata cavab verib.

O deyib ki, “heç bir imperiya müqəddəs Venesuela və ya Cənubi Amerika torpağına toxunmayacaq”.

Stopnarkotik.az xəbər verir ki, Maduro həmçinin bölgənin dənizlərinin, səmasının və torpaqlarının xalqın özləri tərəfindən müdafiə edilməli olduğunu təsdiqləyərək, Simon Bolivarın azad etdiyi torpaqlara “bir daha heç vaxt” heç bir imperiyanın ayaq basmamalı olduğunu xatırladıb.

Maduro ABŞ hərbi bazalarının Kolumbiyada olmasını da tənqid edərək, bunu “alçaldılma” adlandırıb.

Həmçinin, “Bloomberg”in Amerika donanmasının demək olar ki, birbaşa Venesuelaya getdiyi barədə məlumat yayması fonunda, xarici güclərin Bolivar Respublikasına mümkün müdaxiləsi halında nəzərdə tutulan “Quakamaya” planının tətbiq oluna biləcəyi açıqlanıb.

Stopnarkotik.az