Macarıstan Prezidenti istefa verdi

Macarıstan Prezidenti Katalin Novak istefa verib.

Stopnarkotik.az xəbər verir ki, bu barədə “Əlcəzirə” televiziyası məlumat yayıb.

Novak televiziyada yayımlanan çıxışında, - “Mən səhv etdim... Bu gün prezident kimi sizə müraciət etdiyim son gündür”, - deyib.

Qeyd edək ki, o, cinsi zorakılıq işinə görə məhkum edilmiş şəxsi əfv etdiyinə görə təzyiqlərə məruz qalıb. Bundan sonra isə istefa verdiyi bildirilir.