Hazırda davam edən əlverişsiz hava şəraiti bölgələrdə bir sıra çətinliklər yaradıb.
"Report"un Qərb bürosunun məlumatına görə, Gəncə şəhərinə leysan yağıb, bir neçə küçələrə yağış suları dolub. Güclü yağış səbəbindən şəhərin bəzi küçələrinə yağış suları dolub.
Avtomobil yollarında nəqliyyatın hərəkətində qismən çətinlik yaranıb.
Gədəbəydə güclü yağışlarla yanaşı, ucqar kəndlərinə dolu yağıb. Təbiət hadisəsi meyvə ağaclarına, ümumiyyətlə kənd təsərrüfatına zərər vurub.
Qeyd edək ki, bölgədə qeyri-sabit hava şəraiti müşahidə olunur.