Ələt-Astara yolunda dəhşətli qəza - AZYAŞLI BACI-QARDAŞ VƏ GƏNC OĞLAN ÖLDÜ / YENİLƏNİB - 2

Masallıda qəzada xəsarət alanların vəziyyəti ağır qiymətləndirilir.

Stopnarkotik.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, bu gün saat 13:30 radələrinədə Ələt-Astara magistral yolunun Masllı rayonundan keçən hissəində yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə Masallı Rayon Mərkəzi Xəstəxanasına 1-i kişi, 2-i qadın cinsli olmaqla 3 nəfər hospitalizasiya olunub.

Yaralılara ilkin zəruri tibbi yardım göstərilib.

Hazırda müalicələri xəstəxananın Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyətləri ağır qiymətləndirilir.

***

15:45

Masallıda baş verən qəzada xəsarət alanların kimliyi məlum olub.

Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, bunlar Masallı rayonunun Böyuk Xocavar kənd sakinləri, sürücü 1982-ci il təvəllüdlü İxtiyar Əliyar oğlu Teymurov, 1991-ci il təvəllüdlü Maral Tohid qızı Teymurova və 1957-ci il təvəllüdlü Gülbəyim Xəlil qızı Bayramovadır.

Hazırda yaralıların müalicəsi Masallı rayon xəstəxanasında davam etdirilir.

***

15:19

"Ələt-Astara avtomobil yolunun 122-ci kilometrliyində, Masallı rayonunun Ləngan kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib".

Stopnarkotik.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin məlumatında bildirilib.

Qeyd edilib ki, ilkin məlumata əsasən, "Toyota Prado" markalı, 10-RV-404 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü – 1982-ci il təvəllüdlü Teymurov İxtiyar Əliyar oğlunun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi aşıb.

Sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Avtomobildə olan sərnişinlər – sürücünün övladları, 2023-cü il təvəllüdlü Teymurov Əli və 2016-cı il təvəllüdlü Teymurova Banu, qohumu, 2002-ci il təvəllüdlü Alışov Aydın Təhməsib oğlu hadisə yerində həyatlarını itiriblər.

Faktla bağlı araşdırma aparılır.

***

14:22

Ələt-Astara avtomobil yolunun 122-ci kilometrliyində, Masallı rayonunun Ləngan kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Stopnarkotik.az xəbər verir ki, ilkin məlumata əsasən, "Toyota Prado" markalı, 10-RV-404 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü – 1982-ci il təvəllüdlü Teymurov İxtiyar Əliyar oğlunun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi aşıb.

Sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Avtomobildə olan sərnişinlər – sürücünün övladları, 2023-cü il təvəllüdlü Teymurov Əli və 2016-cı il təvəllüdlü Teymurova Banu, qohumu, 2002-ci il təvəllüdlü Alışov Aydın Təhməsib oğlu hadisə yerində həyatlarını itiriblər.

 Faktla bağlı araşdırma aparılır.