“Qobu Park 1” yaşayış massivində partlayış baş verməsi səbəbilə 4 nəfər (qadın) tüstüdən zəhərlənmə ilkin diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.
Stopnarkotik.az xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzin məlumatında deyilir.
“Onlardan 1 nəfərə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb.
3 nəfərin müalicəsi tibb müəssisəsində davam etdirilir. 2 nəfərin vəziyyəti orta ağır, 1 nəfərin vəziyyəti isə ağır olaraq qiymətləndirilir”, - KTM-dən bildirilib.