Hədə-qorxu ilə tələb etmədə ittiham edilən Pərvin Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Elşən Vəliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən şəxs 7 il 6 ay müddətə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, bu ilin iyun ayında Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Pərvin Əsgərovu 7 il 6 ay müddətə azadlıqdan məhrum edilib. Gəncə Apellyasiya Məhkəməsi hökmün ləğv edilməsi və cinayət işinin birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edib.
Təqsirləndirilən Pərvin Əsgərova qarşı 182.2.1-ci (Hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
O, kriminal aləmdə "Yetim Sabir" kimi tanınan şəxsin qardaşıdır.