Lökbatanda vulkan püskürdü

Sentyabrın 17-də yerli vaxtla saat 15:19-da Lökbatanda palçıq vulkanı püskürüb.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Bildirilib ki, palçıq vulkanının püskürməsinin dərinliyi 3 kilometr olub. Püskürmə 6 dəqiqə 20 saniyə davam edib.

Püskürmənin ikinci fazası yerli vaxtla saat 16:09-da qeydə alnıb.

Püskürmənin davamlığı 3 dəqiqə 34 saniyə olub. Püskürmə zamanı ayrılan seysmik enerji Е=0.4×10⁷ C təyin olunub.

Vulkan Seysmoloji Xidmət Mərkəzinin doqquz seysmik stansiyası (vulkanətrafı) tərəfindən qeydə alınıb.