Lənkəranda zibil poliqonunda iki nəfərin yanmış cəsədi tapılıb - FOTO

Lənkəranda 2 nəfərin cəsədi tapılıb.

Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, meyitlər Lənkəran rayonunun Göyşaban kəndi ərazisində yerləşən məişət tullantıları poliqonunda tapılıb.

    Hal-hazırda hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerindədir. Onların kimliyi və hansı şəraitdə öldüyü araşdırılır. İlkin məlumata görə ölənlərin hər ikisi kişi cinsinə mənsubdur.

    Faktla bağlı araşdırma aparılır.

    **