Lənkəranda ər-arvad dəm qazından boğuldular

Lənkəranda ər və arvad dəm qazından boğularaq ölüb.

Stopnarkotik.az xəbər verir ki, rayonun Göyşaban kənd sakinləri - Murad Aydın oğlu Cəfərov və Bənövşə Abduləli qızı Cəfərovanın meyitləri yaşadıqları evdə yaxınları tərəfindən aşkar edilib.

Onların dəm qazından zəhərlənərək öldükləri ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır.