Liviyada daşqın nəticəsində ölənlərin sayı 6 minə çatıb

Liviyanın Şimal-şərqdəki Derna şəhərində leysan yağışln səbəb olduğu daşqın nəticəsində 6 min adam ölüb.

Stopnarkotik.az xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı mənbələrə istinadən məlumat yayıb.

Daha əvvəl Səhiyyə Nazirliyi ölənlərin sayının 3 minə çatdığını bildirmişdi.

Eyni zamanda nazirlik qurbanların sayının 10 minə çatacağını qeyd edib.