Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Pərvin Budaqzadənin (ad, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Stopnarkotik.az pravda.az-a istinadən xəbər verir ki, sonuncu keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.
İttiham aktına görə, Pərvin Budaqzadə zərərçəkmiş H.M-yə (adı, soyadı şərtidir) onun əlillik dərəcəsini və buna bağlı müavinətin bərpa ediləcəyini yalandan vəd edib. Həmin vədlə inandırdığı zərərçəkmişdən müxtəlif vaxtlarda ümumilikdə 7 000 manat pulu dələduzluq yolu ilə ələ keçirib.
Sabunçu Rayon Məhkəməsinin hökmü ilə o, 2 il müddətə azadlıqdan məhrum edilib, habelə təqsirləndirilən şəxsə 3 040 manat cərimə cəzası təyin edilib.