Lerikdə yanğına səbəb olan şəxs məsuliyyətə cəlb edildi

Avqustun 5-də Lerik rayonunun Çayrud kəndində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.

DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupundan Stopnarkotik.az bildirilib ki, araşdırmalarla yanğının Çayrud kənd sakini 1987-ci il təvəllüdlü Cavid Əliyevin həyətində biçilmiş ot sahəsini yandırması və yanğının qonşusuna məxsus sahəyə keçməsi nəticəsində baş verdiyi məlum olub.

C.Əliyev məsuliyyətə cəlb olunub.