Lerikdə “Narkotiklərlə Mübarizə Günü” münasibətilə tədbir təşkil olunub - FOTO

Lerikdə 26 İyun “Narkotiklərlə Mübarizə Günü” münasibətilə tədbir təşkil olunub.

Stopnarkotik.az xəbər verir ki, Lerik rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə çıxış edən Rayon Polis Şöbəsinin rəis müavini, polis polkovnik-leytenantı Anar Şıxəliyev narkomaniya və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı görülən tədbirlər barədə məlumat verərək qeyd edib ki, bu gün bəşəriyyəti narahat edən problemlər içərisində ən mürəkkəbi faciəvi nəticələrə gətirib çıxaran narkomaniyadır. Narkomaniya və narkobiznes təkcə insanların sağlamlığına, mənəviyyatına deyil, ailə institutuna, iqtisadiyyata və digər bir çox sahələrə də öz mənfi təsirini göstərir.

Çıxışlarda qeyd olunub ki, 26 iyun BMT-nin 1987-ci il Konvensiyasına daxil olan ölkələrin “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Bəyannaməsinə əsasən, “Narkomaniya və narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı Ümumdünya mübarizə günü” kimi qeyd olunur.

Bu gün ölkəmizdə başlıca vəzifə olan sağlam nəslin formalaşması istiqamətində həyata keçirilən tədbirlər sırasında narkomaniyanın qarşısının alınması və narkotiklərlə mübarizə dövlət siyasəti olaraq mühüm yer tutur. Sözügedən problemin həllinə xidmət edən mühüm addımlardan biri preventiv tədbirlərin görülməsi, o cümlədən maarifləndirmə işinin lazımi səviyyədə qurulmasıdır.

**

**

**

**

 

Stopnarkotik.az