Lerikdə antinarkotik təbliğatı çərçivəsində məktəblilərlə görüş keçirilib.
Stopnarkotik.az xəbər verir ki, Lerik Rayon Polis Şöbəsinin təçkilatçılığı ilə Günəşli kənd tam orta məktəbində keçirilən görüşdə çıxış edən şöbənin rəis müavini, polis polkovnik-leytenantı Anar Şıxəliyev bildirib ki, narkomaniya hazırda cəmiyyətin ən böyük qlobal problemlərindən biridir.
Son illər Respublikamızda narkotik vasitələrə qarşı mübarizə xeyli gücləndirilib, sağlam həyat tərzinin təbliğ olunması, narkomanlıq və digər neqativ halların profilaktikası məqsədilə müxtəlif kollektivlər qarşısında, o cümlədən, məktəblərdə görüşlər, müsabiqələr və digər tədbirlər keçirilməkdədir. Bu kimi tədbirlərin keçirilməsində məqsəd yetkinlik yaşına çatmayanlara tərbiyəvi təsir göstərmək, qanunazid əməllərin qarşısını almaq, məktəbliləri sağlam həyat tərzinə daha da həvəsləndirməkdir.
Görüşdə həmçinin, DİN-in Polis Akademiyası barədə şagirdlərə ətraflı məlumat verilib, təhsil müəssisəsinin yaranma tarixi, inkişafı, ölkəmizdə hüquq elminin inkişafına verdiyi töhfələr, daxili işlər orqanlarının ali təhsilli hüquqşünaslarla təmin olunmasındakı fəaliyyətindən danışılıb.
Stopnarkotik.az